Somoni

Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb.[1] Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir.

Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib.

  1. "Посольство Республики Таджикистан в Республике Беларусь: Национальная валюта". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search